Xəbər verdiyimiz kimi, Ukrayna ordusu Xerson şəhərinə daxil olub.
TİA.AZ-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski öz feysbuk hesabında Xersondan görüntülər paylaşıb və ukraynalı hərbçilərin vilayət mərkəzinə daxil olmasını şərh edib.
“Bizimkilər. Bizim. Xerson”, – deyə Zelenski paylaşımında qeyd edib.
Görüntülərdən Xerson sakinlərinin Ukrayna ordusunu böyük sevinclə qarşıladığını görmək mümkündür.









