Zelenskidən raket hücumu ilə bağlı müraciət – VİDEO

Zelenskidən raket hücumu ilə bağlı müraciət – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Prezidenti Vladimir Zelenski kütləvi raket hücumundan sonra ukraynalılara müraciət edib.
TİA.AZ Unian-a istinadla xəbər verir ki, Vladimir Zelenski səhərin ağır keçdiyini bildirib.
“Biz terrorçularla mübarizə aparırıq. Onlarla raket, İran “Şehid”ləri. Onların iki hədəfi var. Birinci hədəf bütün ölkə üzrə enerji obyekləridir. Kiyev və Xmelnytski, Lvov və Dnepr, Vinnits, Frankovsk, Zaporojye, Sumı, Xarkov vilayəti, Jitomir vilayəti, Kirovoqrad vilayəti, Cənub. Onlar çaxnaşma və xaos yaratmaq, enerji sistemimizi məhv etmək istəyirlər.
İkinci hədəf insanlardır. Daha çox zərər vermək üçün qəsdən belə bir zaman və belə hədəflər seçiblər. Bu gün sığınacaqlarda qalın. Həmişə təhlükəsizlik qaydalarına əməl edin. Və həmişə xatırlayın ki, Ukrayna bu düşməndən əvvəl mövcud idi və ondan sonra da mövcud olacaq”, – deyə Zelenski bildirib.