“Technoil” MMC-yə gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib.
Tribuna.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanov hakim təyin edilib. Qeyd edək ki, Technoil MMC 10.03.2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 11 688 495 manatdır. Qanuni təmsilçisi Rumadə Zeynalova Ağabəy qızıdır. Hüquqi ünvanı Bakı şəh, Nərimanov ray. Əhməd Rəcəbli ev 33, qapı 4-də yerləşir. Onu da deyək ki, mühərrik yağları istehsal edən bu şirkətdən tez-tez şikayətlər olur. Sürücülər və mütəxəssislər şirkətin maşın yağlarının keyfiyyətsiz olduğunu deyirlər.









