YUNANISTANDA SEÇKİLƏRİN TARİXİ BƏLLİ OLDU

YUNANISTANDA SEÇKİLƏRİN TARİXİ BƏLLİ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda ümumi seçkilərin vaxtı açıqlanıb.

Tribuna.az CNN-ə istinadən xəbər verir ki, Yunanıstanın baş naziri Mitsotakis Nazirlər Kabinetinə təqdimatında ölkədə seçkilərin mayın 21-də keçiriləcəyini açıqlayıb.

2019-cu ildə baş nazir postunu tutan Mitsotakis qatar qəzasından sonra rəy sorğularında xeyli səs itirib.

Son sorğulara görə, Mitsotakisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyası ilə müxalifətdəki Syriza arasında fərq təxminən 4 bənd azalıb.