Yekaterinburqun Kolçovo hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Tribuna.az xəbər verir ki, bu barədə “Rosaviasiya” (Rusiya Federal Hava Nəqliyyatı Agentliyi) məlumat yayıb.
“Yekaterinburq Kolçovo aeroportunda hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – deyə açıqlamada bildirilir.
Məhdudiyyətlərin tətbiq olunma səbəbi barədə əlavə təfərrüat verilməyib.









