Yasamalda təhlükəli vəziyyət: Sakinlər KÖMƏK İSTƏYİR – FOTO

Yasamalda təhlükəli vəziyyət: Sakinlər KÖMƏK İSTƏYİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi 86 ünvanında yaşayan sakinlər təhlükəli vəziyyətlə üz-üzə qalıb.

Tribuna.az-a müraciət edən sakinlər problemlərinin aidiyyəti qurumlar tərəfindən nəzarətə görütməsini istəyir.
Sakinlər bildirib ki, yaşadıqları ünvanda yaşayış binasının həyətində xaos hökm sürür. Xüsusilə axşam saatlarında binaların həyətində hərəkət üçün yer qalmır. Binanın önü, arxası – bütün həyət avtomobillərlə zəbt edilib:

“Avtomobil saxlamağa yer yoxdur. Həyətdə də avtomobil əlindən tərpənmək mümkün deyil. Gecə vaxtı bu binaların birində yanğın baş versə, həyətə yanğın söndürən maşnlar girə bilməz. Bloklara girib-çıxmaq belə mümkün deyil. Aidiyyəti qurumlardan kömək istəyirik”.
Sakinlər Fövqəladə Hallar Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlardan problemin aradan qaldırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısını ala bilmək üçün kömək istəyirlər.

Nigar İxtiyarqızı