Yardımlıda 26 yaşlı gənc meşədə intihar edib

Yardımlıda 26 yaşlı gənc meşədə intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yardımlı rayonunda 26 yaşlı gənc meşədə intihar edib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 10-da rayonun Odurakəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Zahidov Hakim Qeyrət oğlu həmin kəndin yaxınlığında yerləşən meşəlik ərazidə ip ilə ağacdan özünü asıb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.