Yaponiyada güclü zəlzələ: Həlak olanların sayı 13-ə çatdı

Yaponiyada güclü zəlzələ: Həlak olanların sayı 13-ə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın cənub-qərbində baş verən 7.1 bal gücündə zəlzələ nəticəsində azı 13 nəfər həlak olub, çoxlu sayda insan dağıntılar altında qalıb.

Tribuna.az “Associated Press”ə istinadən xəbər verir ki, Kumamoto prefekturasında ticarət mərkəzinin və yaşayış evlərinin uçması səbəbindən axtarış-xilasetmə işləri aparılır. Təbii fəlakət nəticəsində bölgədə infrastruktur zədələnib, minlərlə ev işıqsız qalıb və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.