Yaponiya Baş Naziri Sanae Takaiçininin Tayvanla bağlı səsləndirdiyi fikirlər nəticəsində yaranan diplomatik böhran dərinləşib.
Tribuna.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. Gərginliyə səbəb baş nazirin parlamentdə çıxışı zamanı Çinin Tayvana qarşı mümkün hərbi hücumuna Yaponiyanın hərbi müdaxilə edə biləcəyini bildirməsi olub. Pekin həmin fikirlərə kəskin reaksiya verərək bunu Çinə qarşı hərbi təhdid kimi qiymətləndirib. Gərginliyin artması ilə əlaqədar Çin əvvəlcə öz vətəndaşlarına Yaponiyaya səyahət etməməyi məsləhət görüb, Yaponiyada təhlükəsizlik risklərinin artdığını iddia edib. Yaponiya buna cavab olaraq Çindəki vətəndaşlarına ətrafdakı hadisələrə diqqət yetirməyi və yaponların çox olduğu yerlərdən uzaq durmağı tövsiyə edib.
Mənbədə qeyd olunur ki, hazırda Yaponiya tərəfi diplomatik yollar vasitəsilə vəziyyəti yumşaltmağa çalışır.
Sahilə Arifqızı









