Bakının Nərimanov rayonunda, Ağa Nemətulla küçəsində asfalt örtüyünün çökməsi nəticəsində böyük çuxur yaranıb. Gecə saatlarında çuxura düşən avtomobillər zədələnib.
Tribuna.az xəbər verir ki, by barədə sakinlər bildirib. Onların sözlərinə görə, bir neçə gündür yaranmış problem hələ də həll edilməyib.
Sakinlərin sözlərinə görə, yolda yaranmış çuxurun aradan qaldırılması üçün onlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət də ediblər.
Lakin yolun ortasında yaranmış və ciddi təhlükə yaradan çuxur aradan qaldırılmayıb.
Qeyd edək ki, bir neçə gündür yaranmış çuxuru ərazidən keçən bir xanım sürücü öz imkanları ilə aradan qaldırmağa çalışıb. O, sürücülərin yoldakı çuxuru əvvəlcədən görməsi üçün çuxura ağac budaqları yerləşdirərək xəbərdarlıq edib.
Sakinlər və sürücülər problemin aradan qaldırılmasını tələb edir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









