Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib

Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna dronu Anapa-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarına düşüb. Tribuna.az xəbər verir ki,  bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, Voronej vilayətinin Somovo stansiyasında Anapa-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarına PUA hücumu olub.

İlkin məlumata görə, 5 nəfər yaralanıb.

Hazırda dəmiryolunun Tresvyatskaya – Somovo – Otrojka – Voronej hissəsində nəqliyyatın hərəkətinin dayandırıldığı,
Rusiyanın cənubuna edən qatarlarda və şəhərətrafı qatarlarda gecikmələrin gözlənildiyi bildirilib.

Qeyd edək ki, Ukrayna Voronej vilayətinə kütləvi dron hücumu hayata keçirib. 113 PUA-nın vurulduğu, 2 nəfərin öldüyü, 17 nəfərin yaralandığı bildirilib.