Yamaldan həm rekord, həm də mesaj: “Əlhəmdülillah”

Yamaldan həm rekord, həm də mesaj: “Əlhəmdülillah”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya millisi Fransa üzərində qələbə qazanaraq turnirin finalına yüksəlib. Kylian Mbappe və komanda yoldaşlarını mübarizədən kənarlaşdıran ispanların gənc ulduzu Lamine Yamal isə həm meydandakı oyunu, həm də tez-tez işlətdiyi “Əlhəmdülillah” ifadəsi ilə sosial şəbəkələrdə ən çox müzakirə olunan futbolçulardan birinə çevrilib.

Tribuna.az xəbər verir ki, “Barselona”nın yetirməsi olan Yamal karyerası ərzində bir sıra tarixi rekordlara imza atıb.

Belə ki, o, “Barselona”nın əsas komandasında debütünü cəmi 15 yaş 290 günlük olarkən edib və klub tarixində əsas komandada meydana çıxan ən gənc futbolçu olub.

Yamal İspaniya millisində ilk oyununa isə 16 yaş 57 günlük olarkən çıxıb. O, həmin görüşdə fərqlənərək həm ölkə tarixinin ən gənc milli futbolçusu, həm də ən gənc qol müəllifi adını qazanıb.
Qeyd edək ki, 18 yaşlı vinger son iki mövsümdə həm “Barselona”, həm də İspaniya millisinin əsas simalarından birinə çevrilib.

Yamalın müsəlman kimliyini açıq şəkildə ifadə etməsi və çıxışlarından sonra tez-tez “Əlhəmdülillah” deməsi də azarkeşlər tərəfindən böyük maraqla qarşılanır.

Gülşən Rəsul