Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətində (XRİTX) yeni bölmə – mətbuat katibliyi yaradılıb.
Tribuna.az xəbər verir ki, bu gün katibliyin yeni rəhbəri KİV nümayəndələrinə təqdim olunub.
Xidmətin yeni mətbuat katibi Səidə Əhmədova ixtisasca jurnalisdir, siyasi elmlər namizədidir.
Qeyd edək ki, XRİTX 2020-ci ildə yaradılıb, birbaşa Prezidentə tabe olan qurumdur. Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin törəmə qurumlarından biridir. Qurum hərbi və məxfi təyinatlı olduğu üçün bu günə qədər mətbuat katibliyi yox idi.









