XOCALIDA GÖRÜŞÜN NƏTİCƏSİ… YATAQLARDA MONİTORİNQ APARILA, LAÇIN YOLUNDA SKANER QURAŞDIRILA BİLƏR…

XOCALIDA GÖRÜŞÜN NƏTİCƏSİ… YATAQLARDA MONİTORİNQ APARILA, LAÇIN YOLUNDA SKANER QURAŞDIRILA BİLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Azərbaycan-Ermənistan müstəvisində ipin ucunu əlindən qaçıraraq Avropa Birliyi missiyasının bölgəyə yerləşməsi kimi bir geopolitik şokla üzləşdiyi üçün Bakı-Xankəndi müstəvisindəki vasitəçiliyi özü təşkil edərək bu prosesdə inhisarçı rolunu təmin etməyə çalışır. Danışıqların nəticəsində Qarabağda qanunsuz istismar edilən yataqlarda Azərbaycanın monitorinqlər həyata keçirməsi, eləcə də Laçın yolunda yüklərin yoxlanılması üçün skaner quraşdırılması razılaşdırıla bilər.

Tribuna.az-ın məlumatına görə, bu fikirlərlə politoloq Şahin Cəfərli çıxış edib. O qeyd edib ki, dialoq doğru üsul olsa da, ümumilikdə prosesin Rusiyanın nəzarətində qalması uzunmüddətli həll baxımından məqsədəuyğun deyil:

“Dialoqun ikitərəfli əsasda təşkili Azərbaycanın maraqlarına daha uyğun fotrmatdır”.