Xəzərin ən iri körfəzlərindən biri yoxa çıxır

Xəzərin ən iri körfəzlərindən biri yoxa çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizinin quruması ilə əlaqədar getdikcə daha çox həyəcanlı xəbərlər gəlməyə başlayıb.

Tribuna.az xəbər verir ki, Xəzərin Rusiya və Qazaxıstan akvatoriyasında sahilin çəkilməsi prosesini təhlükəli şəkil aldığı artıq təsdiqlənib.

Dünən isə daha bir həyəcanlı xəbər İrandan gəlib. Belə ki, Xəzərin İran akvatoriyasında yerləşən ən iri körfəzlərdən biri qurumağa başlayıb. Söhbət Gilan əyalətində yerləşən Qorqan körfəzindən gedir.

İran tərəfi bildirib ki, Qorqan artıq gəmiçilik üçün yararsız hala düşüb. Körfəz isə sahildən xeyli aralanıb. Həmin körfəzin suyunu tənzimləmək üçün qurulmuş Aşuradə kanalı da sıradan çıxıb və əhəmiyyətini itirib.

Mütəxəsisslər deyirlər ki, əgər Qorqan körfəzi sıradanda çıxarsa, bu İranın Xəzərdə böyük itkisi olacaq. Xüsusən yükdaşıma məsələsində.

Fərda Uğur