“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə qarşı xüsusi əməliyyat həyata keçirməsi məsələnin ciddiliyindən xəbər verir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.
“Bu məsələni mən də yeni eşitdim və təbii ki, çox pərişan oldum. Xüsusi əməliyyat zamanı Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin də saxlanıldığı bildirilib. Bayaq oxudum ki, tutulan şəxs əvvəllər yaxşı yerlərdə işləyib və çoxlu xarici dilləri bilir. Belə yetkin adamın əfsuslar olsun ki, belə günahı var. Yəqin ki, hər hansısa günahı var ki, tutublar. Mədəniyyət Nazirliyində əvvəldə bir neçə nəfər tutdular. Mədəniyyət Nazirliyinə onsuz da başqa nazirliklərdən çox az pul ayrılır, onu da 2-3 nəfər yeyir. Ona görə də, Mədəniyət Nazirliyi bu günə qalıb da! Əgər DTX bunları həbs edib tutursa, görünür burada ciddi bir şeylər var. Bizim gözlədiyimiz budur ki, Mədəniyyət Nazirliyində ləyaqətli adamlar işləsin. Mədəniyyətimizin çox sahəsi problemlidir, onlar artıq həll edilməlidir. Təəssüf edirəm ki, Mədəniyyət Nazirliyində belə şeylər yaşanır”.









