Vitse-prezident: “Bizə vaxtında islahat aparmağa imkan vermədilər”

Vitse-prezident: “Bizə vaxtında islahat aparmağa imkan vermədilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaempanah mövcud rejimi tənqid edən fikirlər səsləndirib.

Tribuna.az xəbər verir ki, o yerli mediaya açıqlamasında islahat aparmaq istəklərinə icazə verilmədiyini bildirib.

Qaempənah qeyd edib ki, müharibə başa çatdıqdan sonra iqtisadiyyat və enerji daşıyıcıları ilə bağlı nə edəcəklərinə baxmalıdırlar. “70.000 tümənə bir litr benzini 1500 tümənə ala bilməzsiniz. Heç bir sağlam düşüncə bunu qəbul etməz. O zaman işçinin maaşı 500 dollardan az olmalıdır”.

O vurğulayıb ki, İranda inflyasiya 30 faizdən 80 faizə qədər dəyişir. “Ərzaq məhsullarında isə 123 faizə çatıb. Büdcəmiz balanssız olduğuna görə pul çap etməliyik və bu, inflyasiyaya səbəb olur. Dünyanın heç bir yerində müharibə olub inflyasiyanın olmaması mümkün deyil. Reallıq budur ki, ölkənin iqtisadi vəziyyəti yaxşı deyil və ən böyük təzyiq xalqadır”.

İranın vitse prezidenti sondda bildirib ki, zamanında onlara bəzi addımlar atmağa imzakn verilməyib. “Hökumət islahatlar aparmaq üçün hər cür səy göstərir. Lakin bizə ilk gündən islahat aparmaq imkanı verilməyib”.

Fərda Uğur