ABŞ Prezidenti Donald Tramp İranın yeraltı nüvə obyektinin yerləşdiyi iddia edilən Kazma dağına mümkün hücum barədə danışıb.
Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp Newsmax telekanalına müsahibəsində ABŞ Kazma dağını hədəf almaq variantını nəzərdən keçirir. Onun sözlərinə görə, zərurət yaranarsa, həmin əraziyə zərbə endirilə biləcəyini deyib.
ABŞ prezidenti İrana qarşı mümkün əməliyyatda “bütün bombaların anası” kimi tanınan MOAB bombasından istifadə ediləcəyi ilə bağlı suala cavabında bildirib ki, bu bomba nüvə silahı deyil. Bununla belə, onun İrana qarşı tətbiq olunub-olunmayacağı barədə dəqiq fikir bildirməyib.
Tramp ABŞ-ın İranın nüvə silahına sahib olmasının qarşısını uzun müddətə almaq istədiyini vurğulayıb. O, Rusiya və Çinlə nüvə silahlarının azaldılması məsələsi üzrə təmasların davam etdiyini də qeyd edib.
İrana qarşı mümkün yeni əməliyyatın quru qoşunlarını əhatə edib-etməyəcəyi barədə suala isə Tramp bunun ehtimalını aşağı qiymətləndirdiyini bildirib.









