2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 26 min 485 nikah və 13 min 278 boşanma qeydə alınıb.
Tribuna.az xəbər verir ki, bu barədə məlumat paylaşan vəkil Zibeydə Sadıqova bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən nikahların sayı 4,6-dan 3,9-a enib.
Həmçinin boşanmaların sayı da azalıb.
Belə ki, hər 1000 nəfərə düşən boşanmaların sayı 2-dən 1,9-a düşüb.
Beləliklə, statistik göstəricilər həm nikahların, həm də boşanmaların sayında azalma olduğunu göstərir.
Gülşən Rəsul









