Türkiyə ilə aramızı kim vurur? – Daha bir çağırış

Türkiyə ilə aramızı kim vurur? – Daha bir çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyə analoqu olmayan müttəfiq ölkələrdir. Son günlər qardaş ölkədən hicab mövzusunda gələn reaksiyalar təəssüf doğurur. Lakin biz təmkinli davranmalı və imkan verməməliyik ki, münasibətlərimiz böhran həddinə çatsın”.

Bu sözləri Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib.

Onun fikrincə, iki qardaş ölkə bir-birinin daxili işlərinə müdaxilə etmədən, körpüləri yandırmadan, qarşılıqlı hörmət şəraitində əməkdaşlığı inkişaf etdirməlidirlər: “Azərbaycanda orta təhsil müəssisələrində vahid məktəbli geyimi ilə bağlı qəbul olunan qərara fərqli yanaşmalar oldu. Bu da normaldır və müzakirələrə yol açır. Amma bu qərara Türkiyənin müdaxiləsi yolverilməzdir. Azərbaycan da Türkiyədə verilən hər hansı qərara qarşı çıxmır, yaxud Bakıda qardaş ölkənin səfirliyi qarşısında aksiyalar keçirmir. Bu mənada, Azərbaycanın mövqeyinə hörmət olunmalıdır”.

Xəzər Teyyublunun fikrincə, Azərbaycan dünyəvi dövlətdir, multukultural ölkədir, bütün dini konfenssiyalara şərait var: “Ona görə vahid məktəbli forması ilə bağlı başladılan kampaniya, xüsusən Türkiyədə bəzi qrupların davranışları üzücüdür. Ümid edirəm ki, Türkiyə dövləti bu məsələlərə diqqət yetirəcək və həssas dövrü nəzərə alacaq”.

Həsən Ağa