“Yelo Bank” ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Tribuna.az Yurd.Media-ya istinadən xəbər verir ki, Bank 9 ayda 17,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5% azdır.
Bu il oktyabrın əvvəlinə “Yelo Bank”ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 7,9% çox – 1 558,7 milyon manat, o cümlədən xalis kredit portfeli 8,3% çox – 1 117,25 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 364 milyon manat (7% çox), o cümlədən depozit portfeli 1 091,3 milyon manat (5% çox), balans kapitalı isə 194,7 milyon manat (14,7% çox), o cümlədən nizamnamə kapitalı 378 milyon manat (dəyişməyib) olub.









