Pele vəziyyətinin pisləşdiyi barədə mətbuatda yayılmış xəbərlərə cavab olaraq sosial şəbəkə hesabından paylaşım edib.
Tribuna.az xəbər verir ki, əfsanəvi futbolçu hamını sakit və nikbin olmağa çağırıb: “Dostlar, mən hamının sakit və pozitiv olmasını istəyirəm. Güclüyəm, çox ümidliyəm və həmişəki kimi müalicəmi davam etdirirəm. Göstərdikləri qayğıya görə bütün həkim və tibb bacısı komandasına təşəkkürümü bildirirəm. Tanrıya çox inanıram və bütün dünyada sizdən aldığım hər sevgi mesajı məni enerji dolu saxlayır. Dünya Çempionatında Braziliyanı da izləyirəm!
Hər şey üçün çox sağolun!”










