ABŞ və İran arasında 10 gündür davam edən müharibə ilə bağlı vasitəçilər yeni təkliflər irəli sürüblər.
Tribuna.az xəbər verir ki, həmin təklifə əsasən danışıqların bərpası və 10 günlük atəşkəsin elan edilməsi nəzərədə tutulur.
İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi bildirib ki, tıkliflər artıq onlara çatıb. Lakin qərar verməkdə tələsmək fikrində deyillər. “Biz təklifləri müzakirə edirik”.
ABŞ tərəfi isə təklifləri müzakirə etməyə hazır olduğunu bəyan edib.
Fərda Uğur









