VAŞİNQTONDAN ƏLİYEV -PAŞİNYAN GÖRÜŞÜNƏ REAKSİYA

VAŞİNQTONDAN ƏLİYEV -PAŞİNYAN GÖRÜŞÜNƏ REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə iyunun 1-də Kişinyovda keçiriləcək görüşün danışıqlar masasında olan məsələlərin sülh yolu ilə həlli baxımından konstruktiv olacağını gözləyir.

Tribuna.az-ın xəbərinə görə, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Millerin yaydığı bəyanatda məlumat verilib.

“Biz Azərbaycan və Ermənistan arasında danışıqların davam etdiyini görməkdən şadıq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyindən məmnunluğumuzu ifadə etdik və prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını da alqışlayırıq.
Azərbaycan və Ermənistan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün konstruktiv addım olacaq. Təcavüzkar ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər, həm ictimai, həm də özəl konstruktiv dialoq sülh, fürsət və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsi üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”, – Dövlət Departamentinin sözçüsü bəyanatda bildirib.