Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin bu gün keçirilən qapalı iclasında sədr Vasif Talıbovun istefa verməsindən sonra onun səlahiyyətləri Ali Məclis sədrinin birinci müavininə həvalə olunacaq. Bu, Naxçıvan MR Konsititusiyasında təsbit olunmuş qaydalarına görə, 30-cu maddədə qeyd edilib. Sədrin birinci müavini isə Azər Yadulla oğlu Zeynalovdur.
Tribuna.az Azər Zeynalovun dosyesini təqdim edir:
1992-1993-cü illərdə ordu sıralarında xidmət edən Azər Zeynalov 1994-cü ildə Şərur rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışıb.
Azər Zeynalov 2005-cu ildən bəri Ali Məclisin deputatı, eyni zamanda sədr müavinidir. 2020-ci ilin parlament seçkilərində 10 saylı Şərur seçki dairəsindən namizədliyini irəli sürən A. Zeynalov Yeni Azərbaycan Partiyasının üzvüdür.
2010-cu ildə Azərbaycan Respublikasının “Vətənə xidmətə görə 3-cü dərəcǝli orden”i ilə təltif olunub. Ailəlidir, 2 övladı var.










