Vardanyanın “gülməşəkəri” yenə danışdı: “Azərbaycan demarkasiya aparmayacaq”

Vardanyanın “gülməşəkəri” yenə danışdı: “Azərbaycan demarkasiya aparmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sərhədin qalan hissəsinin demarkasiyası halında, Azərbaycan qoşunları təkcə ərazilərin əksəriyyətindən çıxmayacaq, həm də əsasən tikanlı məftillər vasitəsilə normal sərhəd təhlükəsizliyinə nail olmaq mümkün olacaq”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə  Ermənistanın “Yaşamaq üçün Ölkə” Partiyasının sədri Mane Tandilyan çıxış edib.

Hazırda Bakıda həbsdə olan hərbi cinayətkar Ruben Vardanyanın “gülməşəkər”i kimi tanınan partiya sədri başqa bir iddia ilə də çıxış edib: “Aydındır ki, Azərbaycan bu səbəbdən demarkasiya aparmayacaq”.

Qeyd edək ki, Tandelyan uzun müddət Ruben Vardanyanın dəstəkçisi kimi çıxış edib. Hətta Vardanyanın onun partiyasını maliyyələşdirdiyinə dair məlumatlar da var.

Fərda Uğur