Binəqədidə NARAZILIQ: “Ağaclar kəsilir, ərazi zəbt olunur” – Video

Binəqədidə NARAZILIQ: “Ağaclar kəsilir, ərazi zəbt olunur” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Ağ Sarayın arxasında ağacların kəsildiyi, yaşıllıq sahəsinin məhv edildiyi və ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur.

Tribuna.az xəbər verir ki, bu barədə vətəndaşlar şikayət ediblər.

Sakinlərin sözlərinə görə, ərazi zəbt olunub, burada yaşıllıqlar məhv edilir, ağaclar kəsilir və torpaq sahəsinə müdaxilə olunur.

Onlar ərazidə ağırtonnajlı yük maşınlarının və müxtəlif texnikaların işlədiyini, tikinti işlərinin aparıldığını bildirirlər.

Vətəndaşlar qeyd edirlər ki, yaşıllıq sahələrinin bu şəkildə məhv edilməsi ətraf mühitə ciddi ziyan vurmaqla yanaşı, sakinlərin də narazılığına səbəb olur. Onların sözlərinə görə, ərazidə baş verənlərə aidiyyəti qurumlar tərəfindən müdaxilə edilməli, torpaq sahəsinin kimə məxsus olduğu və burada hansı əsasla tikinti işlərinin aparıldığı araşdırılmalıdır.

Qeyd edək ki, son vaxtlar Binəqədi rayonunda qanunsuz tikinti işləri və yaşıllıqların məhv edilməsi ilə bağlı şikayətlərin artdığı bildirilir. Belə halların qarşısının alınması üçün aidiyyəti qurumların ərazilərə nəzarəti gücləndirməsi və qanunsuzluq iddialarına hüquqi qiymət verməsi vacibdir.

Gülşən Rəsul