Media və Yayım Şurası bu telekanalı cərimələdi

Media və Yayım Şurası bu telekanalı cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Media və Yayım Şurası “Dünya TV” telekanalı barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Tribuna.az Bakupost.az-a istinadən xəbər verir ki, “Reklam haqqında” Qanunun pozulmasına görə tərtib olunan protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib

Məhkəmənin qərarı ilə telekanal inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Qeyd edək ki, “Dünya TV”yə qarşı əvvəllər də qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar sanksiyalar tətbiq olunub, telekanalın yayımı müvəqqəti dayandırılıb.