10 ayda Azərbaycana idxal edilən elektromobillərin sayı açıqlanıb

10 ayda Azərbaycana idxal edilən elektromobillərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 289,8 milyon dollar dəyərində 64 898 ədəd avtomobil idxal olunub.

Tribuna.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkəyə 18,6 milyon dollar dəyərində 706 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Bundan əlavə, dövr ərzində Azərbaycana xarici ölkələrdən 57,1 min dollar dəyərində 6 047 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 58,3 milyon dollar dəyərində 518 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.