Qış bu tarixdə başlayacaq

Qış bu tarixdə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana bu il qış fəslinin daxil olacağı dəqiq vaxt bilinib.

Tribuna.az xəbər verir ki, bu il ölkəmizə qış fəsli dekabrın 22-də Bakı vaxtı ilə saat 00:50:09-da daxil olacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası və Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu andan etibarən Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayır.

Qış gündönümü zamanı Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və Günəş günorta saatlarında üfüqdən minimum hündürlükdə (26,2°) olur. Bu səbəbdən dekabrın 22-də ilin ən qısa gündüzü və ən uzun gecəsi müşahidə ediləcək.

Bu tarixdə gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Qış fəsli 88 gün 23 saat 34 dəqiqə 27 saniyə davam edəcək.

2027-ci il martın 21-də yaz bərabərliyi ilə başa çatacaq.