Rafet El Roman azərbaycanlı Rəhimə Hacıyeva ilə quracağı ailə və mirası ilə bağlı qərarını elan edib.
Türkiyəli müğənni əvvəl evlilik müqaviləsi bağlamağı düşünmədiyini deyib.
O, gələcəkdə miras üstündə mübahisə yaranmaması üçün əmlakını artıq övladları arasında bölüşdürüb:
“Öləndən sonra qalmaqal yaşanmasın deyə hər şeyi əvvəldən etmişəm. Uşaqlarımın hər biri milyonçudur. Sonda mənə nə qalacaqsa, onu da xanımıma verəcəyəm”.
Xatırladaq ki, müğənninin ilk evlilikdən 2 qızı, sonrakı nikahından isə 1 oğlu var.









