Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır – Prezident

Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2028-ci ildə Avropa siyasi icmasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Tribuna.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib:

“Avropanın siyasi icmasında 50-dən artıq ölkə var. Mədəniyyətlərarası forum da iki ildən bir keçirilir. Yəni bir ölkədə, bir şəhərdə iki qlobal tədbir keçiriləcək. Bu bizə olan hörmətin təzahürüdür. Azərbaycanın sabit siyasəti, çoxtərəfli mədəniyyəti sədləri yox, körpüləri salan bir ölkə kimi tanınması inkişafa söykənir”.