Dəhşətli qəzaların əksəriyyəti belə baş verir: bir hərəkət iştirakçısı qaydanı kobud şəkildə pozur, digərinin (və ya digərlərinin) bu qayda pozuntusunu kompensasiya etmək (yaxud onu yola vermək) şansı və imkanı olmur.
Tribuna.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov gecə skuter və avtomobilin iştirakı, bir nəfərin ölümü ilə nəticələnən qəza barədə danışarkən deyib.
Ekspert bildirib ki, kobud qayda pozanların bəxti çox vaxt gətirir:
“Onların etdikləri məntiqsiz və təhlükəli davranış başqalarının diqqət və intizamı hesabına kompensasiya olunur.
Amma bu həmişə olmur, gördüyünüz hadisədəki kimi…
Bu gün saat 04.00-da baş verən və skuter sürən 23 yaşlı gəncin həyatına son qoyan bu qəza həmin “bəxtin gətirmədiyi” hallardan biridir. İnsan bəxtini belə şeylərlə sınamamalıdır”.
Nigar İxtiyarqızı










