Prezidentin rəis təyin etdiyi Sahib Rzayev KİMDİR… – DOSYE

Prezidentin rəis təyin etdiyi Sahib Rzayev KİMDİR… – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Penitensiar Xidmətində rəhbər heyətdə mühüm kadr dəyişikliyi baş verib.

Tribuna.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin olunub.

Qeyd edək ki, Sahib Rzayev bundan əvvəl Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə nazirliyin İstintaq idarəsinin rəisi vəzifəsini icra edirdi.

Sahib Cəlil oğlu Rzayev 1977-ci ildə anadan olub.

O, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə həmin universitetdə beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə gəlincə, Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq işləyib, 2006-2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb.

2025-ci ilin yanvar ayından Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini, daha sonra isə idarə rəisi postunda fəaliyyət göstərib.

Prezidentin sərəncamı ilə o, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə gətirilib.

Fərda Uğur