“Vaqner” və FSB zabiti Fransadan siyasi sığınacaq istədi, sirləri açmağa başladılar

“Vaqner” və FSB zabiti Fransadan siyasi sığınacaq istədi, sirləri açmağa başladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Vaqner” və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB – red.) əməkdaşı Fransadan siyasi sığınacaq istəyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Gulagu.net layihəsinin rəhbəri Vladimir Oseçkin “The Insider”ə bildirib.
Onun sözlərinə görə, indi onlar Rusiyanın hərbi cinayətlərinin beynəlxalq təhqiqatına kömək edəcək ifadələr verirlər. Oseçkin deyir ki, ifadələr həm FSB-nin korrupsiya sxemlərini, həm də “Vaqner” özəl hərbi şirkətin GRU-nun (Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi – red.) “filialı” kimi yaranma tarixini əhatə edir. Onun sözlərinə görə, son aylarda bir neçə xüsusi xidmət orqanı əməkdaşı Rusiyanı tərk edərək sığınacaq istəyib. Onlar da ifadələr verirlər.
“Bir nəfər qərargahın və Priqojinin komandasının işi ilə bağlıdır, ikincisi FSB əməkdaşıdır. Hər ikisi eyni təyyarədə olublar və hər ikisi qaydalara uyğun olaraq minik talonlarını göndəriblər. Ona görə də eyni nişanları olan, demək olar ki, eyni minik talonlarını görəndə belə fikirləşdik ki, iki fərqli adam bizə eyni bilet göndərib, sonra diqqətlə baxdıq və müəyyən etdik ki, biri 28-ci,  ikincisi isə 29-cu sırada oturub. Hər ikisi eyni vaxtda siyasi sığınacaq və beynəlxalq müdafiə tələb etməyə gəliblər, bu, çox qəribə görünürdü – onların hər biri ikincisinin onun dalıyca gəldiyini güman edirdi. Fransa polisi və hava limanının təhlükəsizlik xidməti də şübhələndi, vəziyyət qeyri-standartdır.
İndi bu insanların hər biri hərbi cinayətlər barədə ifadə verəcək, ümid edirəm ki, onların beynəlxalq istintaqla əməkdaşlıq etmək və Yevgeni Priqojinə və Putin rejiminin digər şəxslərinə qarşı ifadə vermək imkanı olacaq. Böyük xarici telekanallardan biri onlardan birinin ifadəsi əsasında material hazırlayır. Deyə bilərəm ki, bunlar Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nəzdində “Vaqner” özəl hərbi şirkətin necə yaradıldığı, dövlətin özəl hərbi şirkətlərin maliyyələşdirilməsi və təchizatı sistemini necə yaratdığı və bu məxfi qrupların Ukraynanın şərqində, birbaşa Luqansk vilayətində təxribat işlərində necə iştirak etdiyi ilə bağlıdır.
FSB əməkdaşının sənəd dövriyyəsi ilə bağlı kifayət qədər ciddi insaydları var, mərhələli şəkildə dərc olunacaq çox sayda vacib məlumatlar var. Buraya Ukraynanın işğalı və əks-kəşfiyyat idarəsi və Müdafiə Nazirliyi xətti ilə son vaxtlar baş verən proseslərlə bağlı məlumatlar daxildir.