“Valensiya” azarkeşləri üsyan etdi – Fotolar

“Valensiya” azarkeşləri üsyan etdi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Valensiya” azarkeşləri La Liqanın IV turunda evdə “Barselona”ya uduzduqdan (0:5) sonra klub rəhbərliyinə və oyunçulara qarşı etiraz aksiyası keçiriblər.

Tribuna.az xəbər verir ki, bu barədə ESPN idman nəşri məlumat yayıb.

Bildirilir ki, oyundan sonra mindən çox azarkeş “Mestalya” stadionunun qarşısına toplaşaraq futbolçuları “muzdlular” adlandırıb.

Onlar həmçinin klub prezidenti Kiat Limi və komandanın sahibi Piter Limə “Evinizə qayıdın” yazılı pankartlar açıblar.

Bəzi qruplar isə matçın əvvəlində tribunaları boş qoyublar.