Şimali Koreyanın növbəti raket buraxılışı adı altında ballistik raket buraxdığı ehtimal olunur.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Sahil Mühafizəsi Xidməti məlumat yayıb.
Raket Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşüb. Təcili Yaponiya Baş nazirinin ofisində fövqəladə böhran qrupunun iclası çağırılıb. Patrul katerləri bölgədəki gəmiləri sursat parçaları aşkarladıqları təqdirdə onlara yaxınlaşmamağa və dərhal səlahiyyətli orqanlarla əlaqə saxlamağa çağırıb.
Yonhap agentliyi də məlumat yayıb ki, KXDR ordusu Pxenyanın Sunan rayonundan Yapon dənizi istiqamətində qısa mənzilli iki raket atıb.
Nigar
Tribuna.az









