Ötən gün səhhəti pisləşən tanınmış jurnalist, yazıçı Azər Qismət Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib .49 yaşlı jurnalist ürəyindən əməliyyat olunub.
TİA.AZ xəbər verir ki, “Sherg.az” səhhəti ilə bağlı son durumu öyrənmək üçün yazıçı ilə əlaqə saxlayıb. Yazıçı bildirib ki, əməliyyatı uğurla başa çatıb:“İndi özümü yaxşı hiss edirəm. Böyük təhlükə arxadan qaldı. Hazırda xəstəxanadan evə gedirəm. Maraqlanan hər kəsə təşəkkür edirəm” .









