Ukraynanın bütün ərazisində işığın fövqəladə kəsilməsi başlayıb

Ukraynanın bütün ərazisində işığın fövqəladə kəsilməsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Kiyevin ardınca Ukraynanın bütün regionlarında elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb.

TİA.AZ xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqram kanalında məlumat verib.

“Kütləvi raket hücumu ilə əlaqədar “Ukrenerqo” Milli Elektrik Enerjisi Şirkətinin sifarişi ilə enerji sənayesi bütün Ukraynada fövqəladə elektrik enerjisini kəsməyə başlayıb. Xüsusilə də paytaxtda. Bu, enerji sistemini tarazlaşdırmaq və avadanlıq qəzalarının qarşısını almaq üçün zəruri bir addımdır. Stabilizasiyanın dayandırılması cədvəlləri hazırda qüvvədə deyil! Paytaxtda abonentlərin ən azı yarısı işıqsız qalıb”, – Kliçko qeyd edib.