Ukraynalı məşhur aktyor döyüşlərdə həlak olub

Ukraynalı məşhur aktyor döyüşlərdə həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk qaranquşlar”, “Dəli toy” və bir çox başqa filmlərdə rol alan ukraynalı idmançı və aktyor İvan Kononenko cəbhədə həlak olub.

Tribuna.az xəbər verir ki, 42 yaşılı aktyordan fevral ayından bəri məlumat almaq mümkün olmayıb.

Ukrayna Dövlət Film Agentliyi bildirib ki, Kononenkonun nəşi dünən Kursk istiqamətində aşkarlanıb.

Məlumatda deyilir ki, İvan təkcə hərbçi olmayıb. O, genişmiqyaslı müharibədən əvvəl uzun illər kino sənayesində və idman mühitində çalışıb. O, əfsanəvi Vasil Virastyukun komandasının üzvü olub, Ukrayna Açıq 2006 Olimp Strongman da daxil olmaqla, onlarla yarışın qalibi olub.

Fərda Uğur