Ukraynada daha bir Rusiya hərbi təyyarəsi vurulub.
Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.
Bildirilib ki, Donetskin Marinki ərazisində düşmənin SU-25 qırıcısı məhv edilib.
Qeyd edək ki, bununla da Ukraynada məhv edilən Rusiya hərbi təyyarələrinin sayı 307-yə çatıb.









