Ukrayna Təhlükəsizlik Xidməti (SBU) pilotsuz uçuş aparatları ilə Xəzər dənizində Rusiyanın “Lukoyl” şirkətinə məxsus üçüncü neftçıxarma platformasını vurub.
Tribuna.az xəbər verir ki, UNİAN-ın xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən verdiyi məlumata görə, bu dəfə hücum “Rakuşeçnoye” yatağında (Valeri Qrayferin adını daşıyan) yerləşən buruq qurğusuna edilib.
Bildirilir ki, pilotsuz uçuş aparatının bort kamerası platformanın qaz-turbin qurğusu yerləşən hissəsinə dəqiq zərbəni qeydə alıb.
Hadisə ilə bağlı rəsmi qurumlardan əlavə açıqlama verilməyib.
İmran Kərimli









