Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna hərbçiləri noyabrın 13-də Luqansk vilayətinin Krasnoreçensk icmasının Makeyevka kəndi üzərində nəzarəti bərpa ediblər.
“Luqansk vilayəti cəbhəsindən xəbərlər: Svatovsk rayonunun Krasnoreçensk qəsəbə icmasında yerləşən Makeyevka kəndi “mavi zonaya” keçir. Ukrayna hərbçiləri qəsəbəyə nəzarəti bərpa ediblər”, – məlumatda deyilir.

Noyabrın 5-də bildirilib ki, Luqansk vilayətinin Svatovski rayonunun Makeyevka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində Rusiyanın Voronej vilayətindən səfərbər olunmuş batalyonu zərərsizləşdirilib.