“Ukrayna hərbçilərinin mövqelərindən Xerson şəhərinə 30 km qalıb” – Arestoviç

“Ukrayna hərbçilərinin mövqelərindən Xerson şəhərinə 30 km qalıb” – Arestoviç

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin mövqelərindən Rusiyanın işğalı altında olan Xerson şəhərinə 30 kilometr qalıb.

TİA.AZ UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç danışıb.

Onun sözlərinə görə, Ukrayna Ordusunun Posad-Pokrovske kəndindəki mövqelərindən Xerson şəhərinə 30 km məsafə olsa da, Ukrayna hərbçiləri artıq həmin yaşayış məntəqəsindən də irəlidədirlər:

“Bu mövqedən Xersondakı evlər artıq görünür. Bu, çox yaxşıdır, çünki artilleriyanın bütün növləri işə başlayacaq”, – Prezident Ofisinin rəsmisi vurğulayıb.

Xatırladaq ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ordusunun oktyabrın 1-dən Xerson vilayətində 500 kvadrat km-dən çox ərazini və onlarla yaşayış məntəqəsini işğaldan azad etdiyini açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdəki uğurlarını ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu da vurğulayıb.