Türkiyəli fotoqrafdan Polad Həşimovla bağlı ÇAĞIRIŞ: Görün tarlaya nə yazdı – Video

Türkiyəli fotoqrafdan Polad Həşimovla bağlı ÇAĞIRIŞ: Görün tarlaya nə yazdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kırklareli vilayətinin Lüleburqaz rayonunda yaşayan fotoqraf Burak Tunçkol Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xatirəsinə diqqətçəkən aksiya həyata keçirib. Bu barədə məlumatı Yalçın Allahverdioğlu sosial şəbəkə hesabında paylaşıb.

Tribuna.az xəbər verir ki, Burak Tunçkol traktoruna qoşduğu kotan vasitəsilə 45 dönümlük tarlanı şumlayaraq üzərinə “Bakıda, Ankarada Polad Həşimov Muzeyi olsun” sözlərini yazıb. Bununla o, şəhid generalın xatirəsinin həm Azərbaycanda, həm də Türkiyədə əbədiləşdirilməsi çağırışını edib.

Polad Həşimovun şəhadətinin ildönümü münasibətilə həyata keçirilən layihə çərçivəsində Burak Tunçkol Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, hər iki qardaş ölkədə Polad Həşimovun adına muzey yaradılmasını xahiş edib.

Qeyd edək ki, Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Gülşən Rəsul