Bir neçə gündür Ermənistanda itkin düşən hərbçilərin ailə üzvləri etiraz aksiyası keçirirlər.
Tribuna.az xəbər verir ki, İrəvanda, Hökumət evinin qarşısında etiraz edən valideynlər övladları haqqında rəsmi qurumlardan açıqlama tələb edirlər.
Qeyd edək ki, həmin adamlardan bəziləri qəribə, həm də əsası olmayan iddia ilə çıxış edib. Belə ki, 2020-ci ildə itkin düşən hərbçi Henri Muradyanın əmisi Qor Muradyan iddia edib ki, əllərində fakt olmasına baxmayaraq, guya, Azərbaycanda hələ də həöbsdə erməni hərbçilər var. “Fakt yoxdur, amma əminik ki, Azərbaycanda əsirliyi təsdiqlənməmiş ermənilər var”.
Onun sözlərinə görə, Ermənistan hökumətinin itkinlərin sayı ilə bağlı təsdiq etdiyi rəqəm reallığı əks etdirmir. “Ümumiyyətlə, 1990-cı illərdən bu günə qədər minə yaxın itkin düşən var”.
Fərda Uğur









