ABŞ-ın Avropadakı ali hərbi komandanı Aleksus Qrinkeviç Pentaqona İsraili İranın ballistik raket hücumlarından müdafiə etmək üçün ölkəsinin kifayət qədər hərbi-dəniz qüvvələrinin olmadığını bildirib.
Tribuna.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Məlumata görə, Qrinkeviç Pentaqona göndərdiyi məxfi məktubda əlavə esmines ayrılmayacağı təqdirdə ABŞ-ın Avropadakı Komandanlığının seçim qarşısında qalacağını qeyd edib. Bildirilib ki, belə vəziyyətdə o, İsrailin deyil, ilk növbədə ABŞ ərazisinin müdafiəsinə üstünlük verməli olacaq.
Nəşrin yazdığına görə, xəbərdarlıq ABŞ-ın Yaxın Şərqdə hərbi resurslarının məhdudlaşdığı və İranla mümkün qarşıdurma fonunda regionda təhlükəsizlik risklərinin artdığı bir vaxta təsadüf edir.









