Fövqəladə Hallar Nazirliyinin (FHN) xidməti avtomobil almaq həvəsi yenidən baş qaldırıb.
Tribuna.az xəbər verir ki, nazirlik bununla bağlı daha iki tender keçirib və nəticələri açıqlayıb.
Məlumatda deyilir ki, FHN-in tabeliyində olan “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu 1 ədəd xidməti minik avtommobil alacaq. Tenderin nəticəsinə görə, həmin maşın üçün “TOYOTA ABŞERON CENTER” MMC-yə 90 min manat ödəniləcək.
İkinci tender isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza İdarəsi keçirib. Tribuna.az xəbər verir ki, bu qurumun da tenderinin qalibi “TOYOTA ABŞERON CENTER” MMC olub. İdarə şirkətə iki ədəd avtomobil sifariş edib. Onlardan biri 5 qapılı Cip modelli, digər isə sedan tipli maşınlardan ibarətdir.
Qeyd edək ki, FHN bu iki maşın üçün “Toyota Abşeron Center”ə 231 min 670 manat ödəniş edəcək.
Maraqlıdır ki, FHN son 8 ayda xeyli sayda avtomobil alıb. Onların böyük qismi “Toyota Abşeron Center”dən alınan bahalı maşınlardan ibarətdir.
Fərda Uğur









