Türkiyəli müğənni İrem Dericinin DJ nişanlısı İsmail Melih Kunukçu Qaziantep Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc araşdırması çərçivəsində həbs edilib.
Tribuna.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Kunukçu araşdırma üzrə 311 nəfərlə birlikdə həbs olunub.
Araşdırmanın qanunsuz mərc oynatmaq, bank hesabları və IBAN-lardan istifadə etdirilməsi, həmçinin mərc oynamaqla bağlı müxtəlif iddiaları əhatə etdiyi bildirilir.
Kunukçunun vəkili Abide Gülel Saral isə müvəkkilinə qarşı irəli sürülən ittihamın yalnız “mərc oynamaq” əməli ilə məhdudlaşdığını açıqlayıb. Vəkilin sözlərinə görə, Kunukçuya qanunsuz mərc təşkilatı idarə etmək, mərc oynatmaq və ya bu məqsədlə bank hesabı və IBAN təqdim etmək ittihamı irəli sürülməyib.
Gülşən Rəsul










