“Biz İran prezidentinin açıqlamalarını izləyirik. Lakin İran prezidenti sistemdə əsas qərarverici deyil”.
Tribuna.az xəbər verir ki, bunu Ağ Evdəki mənbə bildirib.
O deyib ki, İranda hazırda əsas söz sahibi olan Yahya Rəhim Səfəvi, Möhsen Rezayi və Əhməd Vahidi kimi generallardır. “Bu baxımdan anlaşma üçün onlarla birbaşa dialoqa ehtiyac var. Pezeşkian höküməti də hər dəfə danışıqlardan onların rəyini eşitmək üçün zaman istəyir sonra danışıqlar müsbət nəticələnmir. Buna görə də prezident Tramp birbaşa onlarla danışıqlar aparmağı tapşırıb”.
Fərda Uğur









